“Azera Holdinq”in tərkibində fəaliyyət göstərən “Nizami Mall” Ticarət Mərkəzində yeni “McDonald’s” restoranının açılması ilə bağlı müqavilə imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, yeni restoran yaxın zamanda fəaliyyətə başlayacaq.
Görüş zamanı “Azera Holdinq”in direktoru Akif Əliyev qonaqlara holdinqin çoxşaxəli fəaliyyət istiqamətləri - kənd təsərrüfatı, səhiyyə, istehsal, qida, xidmət, iaşə və turizm sahələrində həyata keçirilən layihələr və qazanılan uğurlar barədə ətraflı məlumat verib.
Bildirib ki, holdinqin tərkibində fəaliyyət göstərən “Nizami Mall” ziyarətçilərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün müasir şəraitə malikdir. “McDonald's”ın ticarət mərkəzində fəaliyyətə başlaması göstərilən iaşə xidmətlərinin daha da təkmilləşdirilməsinə töhfə verəcək.
“McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskiy şirkətin Azərbaycandakı fəaliyyəti barədə məlumat verib və yeni layihənin perspektivlərini qeyd edib.
Görüşün yekununda tərəflər müqaviləni imzalayıblar.
Son xəbərlər
Son Xəbərlər