Azərbaycan-Ermənistan sərhədində ard-arda 3 dəfə zəlzələ oldu - Yenilənib

azerbaycan-ermenistan-serhedinde-ard-arda-3-defe-zelzele-oldu
Oxunma sayı: 6106

Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub.

Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Azərbaycan-Ermənistan sərhədində yerli vaxtla saat 03:03-də 3 bal gücündə zəlzələ qeydə alınıb.

Eləcə də, yerli vaxtla saat 3:07-də 3,8 bal gücündə növbəti olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

***

FHN-in Mətbuat xidmətindən bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata görə, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər qeydə alınıb.

Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Nazirliyə məlumat daxil olmayıb.