Azərbaycan ölkədə havanın keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olub və İsveçrənin havanın monitorinqi və təmizlənməsi üzrə “IQAir” şirkətinin reytinqində 59-cu yeri tutur.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə “IQAir”in məlumatında qeyd olunub.
Bildirilib ki, ölkə 2023-cü ildən 2025-ci ilə qədər nəticələri yaxşılaşdıra bilib: əgər 2023-cü ildə havanın keyfiyyət göstəricisi 18,8 mkq/m³ (PM 2,5) təşkil edirdisə, 2024-cü ildə 18,3 mkq/m³-ə (PM 2,5) qədər azalıb, 2025-ci ildə isə 16,4 mkq/m³ (PM 2,5) təşkil edib.
Bununla yanaşı, 2025-ci ildə Azərbaycan reytinqdə 10 pillə irəliləyib (2024-cü ilin yekunları üzrə 49-cu yer).
“IQAir”in qiymətləndirmələrinə görə, Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir. Gürcüstan reytinqdə 56-cı pillədə qərarlaşıb, lakin bu ölkədə havanın təmizlik göstəricisi 2023-cü ildə 16,4 mkq/m³-dən (PM 2,5) 2025-ci ildə 16,9 mkq/m³-ə (PM 2,5) qədər pisləşib.
Ermənistan reytinqdə 24-cü yerdə gəlir: havanın təmizlik göstəricisi 2023-cü ildə 26,4 mkq/m³-dən (PM 2,5) 2025-ci ildə 26,9 mkq/m³-ə (PM 2,5) qədər pisləşib.
Qeyd edək ki, “IQAir” tədqiqatda 9446 şəhər (143 ölkə və ərazi) üzrə məlumatları təhlil edib.
Son xəbərlər
Son Xəbərlər