Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər müzakirə edildi

azerbaycan-ile-rusiya-arasinda-ikiterefli-munasibetler-muzakire-edildi
Oxunma sayı: 369

Baş nazirin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin, xüsusilə ticarət-iqtisadi sahədə, o cümlədən  sənaye, energetika, nəqliyyat və logistika sektorları üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.