Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasında Azərbaycan Jurnalistlərinin IX qurultayının keçirilmə tarixi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, iclasda əvvəlcə 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Şura sədri Rəşad Məcid sonuncu qurultaydan 4 il keçdiyini bildirərək hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşdırıldığını elan edib və toplantıda qurultayın oktyabrın 15-də keçirilməsi barədə yekun qərar verilib.
MŞ-yə üzv təşkilatlar oktyabrın 12-dək nümayəndə və İdarə Heyətinə namizədlərinin adlarını presscouncil.az saytındakı xüsusi bölmə vasitəsilə Təşkilat Komitəsinə təqdim etməlidirlər. Xəbərdarlıq edilib ki, üzvlük haqqı borcunu ödəyəməyən medianın qurultayda iştirakı məhdudlaşdırılacaq.
Son xəbərlər
Son Xəbərlər