Azərbaycan nefti bahalaşdı

azerbaycan-nefti-bahalasdi
Oxunma sayı: 2465

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti ötən günlə müqayisədə 0.22 dollar və ya 0.26 % artıb və 84.20 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.