Azərbaycan nefti ucuzlaşdı

azerbaycan-nefti-ucuzlasdi
Oxunma sayı: 290

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,50% azalaraq 122,28 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 125,42 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.