Azərbaycan nümayəndə heyəti Türkmən Milli Xalça Muzeyi ilə tanış oldular - Fotolar

azerbaycan-numayende-heyeti-turkmen-milli-xalca-muzeyi-ile-tanis-oldular
Oxunma sayı: 258

Azərbaycan nümayəndə heyəti və media mənsubları Türkmən Milli Xalça Muzeyi ilə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, muzeyin eksperti Qızılgül Amanova mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazir müşaviri Orxan Fikrətoğlu və digər qonaqlar üçün ətraflı məlumat verib.

Onun sözlərinə görə, Milli Xalça Muzeyində Ginnesin Rekordlar Kitabına düşən türkmən milli xalçası da burada saxlanılır.

Qızılgül Amanova bildirib ki, sözügedən xalçanın çəkisi 1 ton 200 kq-dır:

“Xalça 2001-ci ildə toxunub və 2003-cü ildə isə Ginnesin Rekordlar Kitabına düşüb. Xalça 301m²-dir”.

Ekspert həmçinin muzeyin fəaliyyət istiqaməti barədə də məlumat verib.

O qeyd edib ki, muzey Türkmənistan xalçaçılıq ənənələrini canlandırmaq, qorumaq və yaradıcı şəkildə inkişaf etdirmək üçün Türkmənistan Prezidenti Saparmurat Niyazovun 20 mart 1993-cü il tarixli fərmanı ilə Aşqabad şəhərində yaradılıb:

“Muzeydə 2000-dən çox eksponat qorunub saxlanılır. Muzey fondu daim artır, işçiləri köhnə xalçaları axtarır və toplayırlar”.

Lamiyə Məmmədova