Azərbaycan Universitetinin bir qrup inzibati heyət üzvü üçün “Praktiki süni zəka” mövzusunda təlim təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, təlimin məqsədi peşəkar fəaliyyətdə süni zəka alətlərindən effektiv istifadəni təşviq etmək və universitet əməkdaşlarını süni zəka alətlərinin praktiki imkanları ilə tanış etmək olub.
Tədbirdə ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev təqdimatla çıxış edib.
Tədbirdə qeyd olunub ki, 2022-ci ildən başlayaraq generativ platformaların açıq istifadəyə verilməsi nəticəsində süni zəka artıq yalnız mütəxəssislərin deyil, geniş istifadəçi kütləsinin də gündəlik iş alətinə çevrilib. Süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası fərdiləşdirilmiş öyrənmə imkanlarını genişləndirir və təhsil resurslarının səmərəliliyinə ciddi töhfə verir.
Təqdimatda inzibati heyət üzvlərinə süni zəka anlayışı və onun tarixi inkişaf mərhələləri haqqında məlumat verilib, iş prosesinin optimallaşdırılması istiqamətində müxtəlif süni zəka alətləri, o cümlədən real keyslər təqdim olunub. Həmçinin süni zəkanın əsas prinsipləri, generativ süni zəka alətlərindən istifadə, effektiv sorğu (prompt) yazma yanaşmaları, eləcə də biznes və marketinq sahəsində tətbiqi istiqamətləri izah edilib.
İnteraktiv formatda təşkil olunan təlim mövzuya dair fikir mübadiləsi ilə davam edib.


Son xəbərlər
Son Xəbərlər