“Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi sayəsində iki ölkə arasındakı münasibətlərin intensiv inkişafı iqtisadi əlaqələrin şaxələndirilməsinə və biznes tərəfdaşlığının möhkəmlənməsinə güclü təkan verir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında keçirilən 4-cü Bölgələrarası Forumun yekunlarına əsasən, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər imzalanıb:
“Energetika, maliyyə, infrastruktura, tikinti və istehsal kimi prioritet sahələri əhatə edən bu sənədlər biznes assosiasiyaları arasında əlaqələri möhkəmləndirəcək, özəl sektorun tam potensialını üzə çıxaracaq və birgə layihələrin həyata keçirilməsini irəli aparacaq”.
Thanks to the political will of our heads of state, the intensive development of #Azerbaijan–#Uzbekistan relations gives strong impetus to diversifying our #economic ties and strengthening our business partnership.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 22, 2026
At the conclusion of the 4th Interregional Forum between… pic.twitter.com/p5HJGijTia
Son xəbərlər
Son Xəbərlər