Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video

azerbaycan-ve-turkiye-klublarinin-futbolculari-arasinda-kutlevi-dava
Oxunma sayı: 2067

“Səbail”in Türkiyə toplanışı çərçivəsində “Sakaryaspor”la keçirdiyi yoxlama matçında dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan klubu Boluda gərgin keçən matçın ikinci hissəsində xoşagəlməz halla üzləşib. 

Top uğrunda mübarizədən sonra “Səbail”in müdafiəçisi Kənan Quliyev rəqib futbolçunun boğazından yapışıb. Digər futbolçuların da araya girməsindən sonra kütləvi dava yaranıb. Hətta hadisəyə polisin müdaxilə etdiyi bildirilib.

Matç 1:1 hesabı ilə başa çatıb.