“Azərbaycan xalqı dünyaya qələbə gününün tarixi adını yazdırdı” - Video

azerbaycan-xalqi-dunyaya-qelebe-gununun-tarixi-adini-yazdirdi
Oxunma sayı: 360

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü ilə bağlı öz hisslərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o bildirib:

“Zəfər bayramı...Nə qədər xoşbəxtik, çünki biz bu şanlı tarixi canlı yaşamışıq. Allah bu xoşbəxtliyi və sevinci bizə yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Ali Baş Komandanımızı qorusun. Yaşasın Azərbaycan, yaşasın Qarabağ! Qarabağ Azərbaycandır!”

Xalq artisti, şəhid atası Əli Nur da qeyd edib ki, 8 Noyabr Azərbaycan tarixində ən şanlı tarixdir: “8 Noyabr Azərbaycan xalqının böyük bayramı olan Zəfər bayramıdır. İşğal olunmuş torpaqlarımızın geri qaytarılmasında canından keçən şəhidlərimizin, qazilərimizin, şanlı ordumuzun və Ali Baş Komandan, Prezident İlham Əliyevin qələbəsi nəticəsində Azərbaycan xalqı dünyaya qələbə gününün tarixi adını yazdırdı. Bu tarixi gün münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu və dövlət başçısını təbrik edirəm. Bayramınız mübarək!”