Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək

azerbaycanda-donuzlarla-bagli-monitorinqler-kecirilecek
Oxunma sayı: 384

Avqustun 10-14-də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında yerləşən təsərrüfatlarda donuzlarla bağlı epizootoloji monitorinqlər keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə keçirilən monitorinqlər təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş ərazilərdə, fərdi və fermer təsərrüfatlarında aparılacaq.

Monitorinqlər zamanı laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, həmçinin maarifləndirmə tədbirləri həyata keçiriləcək.