Azərbaycanda zəlzələ oldu

azerbaycanda-zelzele-oldu
Oxunma sayı: 9163

İsmayıllıda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

Məlumata əsasən, aprelin 16-da yerli vaxtla saat 22:56-da İsmayıllı stansiyasından 19 kilometr şimalda, İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.

Yeraltı təkanların maqnitudası 3,1 olub, ocağı isə 9 kilometr dərinlikdə yerləşib.

Zəlzələ ətraf ərazilərdə hiss olunmayıb.