Azərbaycanda zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılır.
Zəzələnin şimal rayonlarında hiss edildiyi bildirilir.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba rayonunda zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 20:56-da, 13 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
***
Fövqəladə Hallar Nazirliyi də zəlzələ ilə bağlı məlumat yayıb.
“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 14.08.2026-cı il tarixində yerli vaxtla saat 20:56 dəqiqədə Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - məlumatda deyilir.
Son xəbərlər
Son Xəbərlər