“Azərbaycanın Ermənistana yanacaq göndərməsini yüksək qiymətləndiririk”

azerbaycanin-ermenistana-yanacaq-gondermesini-yuksek-qiymetlendiririk
Oxunma sayı: 437

ABŞ Dövlət katibi Marko Rubio Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı Azərbaycan hökumətinin Ermənistana yanacaq göndərməsi yüksək qiymətləndirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında deyilir.

“Rubio bildirib ki, bu addım Azərbaycanın 8 avqust 2025-ci ildə Ağ Evdə Prezident Donald Trampın təşəbbüsü ilə keçirilən sammitdə irəli sürülmüş Ermənistan-Azərbaycan tarixi sülh sazişinə davamlı sadiqliyini nümayiş etdirən mühüm humanitar və etimad qurucu jestdir.

Tərəflər Cənubi Qafqaz regionunda sülhün və rifahın möhkəmləndirilməsi məqsədilə əlavə etimad qurucu tədbirləri də müzakirə ediblər. Eyni zamanda, ABŞ-Azərbaycan münasibətlərində son dövrlərdə müşahidə olunan müsbət inkişaflar təqdir olunub.

Danışıqda regional sabitliyin qorunması və ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb”, - məlumatda bildirilib.