Azərbaycanın ikinci hərbçisi də Ermənistanda saxlanılıb

azerbaycanin-ikinci-herbcisi-de-ermenistanda-saxlanilib
Oxunma sayı: 10456

“Aprelin 13-ü Ermənistan ərazisində itkin düşən digər azərbaycanlı hərbçi də tapılaraq saxlanılıb”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. 

Erməni teleqram kanallarında yayılan məlumata görə, əsgər Qafan rayonu ərazisində saxlanılıb. Saxlanılan şəxs Axundov Hüseyn Əhliman oğludur.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıblar. Onlardan biri aprelin 11-i saxlanılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin aprelin 10-u yaydığı rəsmi məlumata görə, əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Sözügedən əsgərlərin yaxınları onların aprelin 5-i itkin düşdüklərini bildiriblər.