“Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində də dəyərli tərəfdaşdır və bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Birləşmiş Krallıq Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün bu dəstəyi davam etdirməyi səbirsizliklə gözləyir: “Azərbaycan geniş regionda sabitliyin təşviqində mühüm rol oynayır və bu, Birləşmiş Krallıqda təhlükəsizliyin təməlinin qoyulması baxımından çox vacibdir.
Azərbaycanın Ukraynaya siyasi və humanitar dəstəyini səmimi qəlbdən alqışlayıram. Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır.
Bundan əlavə, Prezident Zelenski aprel ayında tarixi bir səfər də etmişdi. Qəzzadan İrana qədər uzanan region üçün daha dinc və sabit bir gələcək qurmaq səylərinə göstərdiyi dəstəyə və konstruktiv iştirakına görə Azərbaycana təşəkkür etmək istəyirəm: bura Hörmüz boğazı böhranı zamanı enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş kimi öhdəsinə götürdüyü rol da daxildir. Birləşmiş Krallıq boğazın yenidən açılması üçün tərəfdaşları ilə birlikdə çalışmağa davam edir və atəşkəsin davam etməsini və sülh danışıqlarının uğurla başa çatmasını arzulayır, bundan başqa danışıqlarda irəliləyişin olmasına dair xəbərləri məmnunluqda qarşılayır”.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər