Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında növbəti təyinatını alıb.
“Qafqazinfo” xəbər verir ki, o, “Roma” (İtaliya) – “Real” (İspaniya) matçının baş hakimi olacaq.
Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Davide Di Marko yerinə yetirəcək.
Qeyd edək ki, matç oktyabrın 14-ü Romadakı “Stadio Tre Fontane” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Son xəbərlər
Son Xəbərlər