Azərbaycanlı karateçilər Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində medallar qazanıblar.
“Qafqazinfo” xəbər verir ki, 14-15 yaşlı idmançıların mübarizəsində 70+ çəki dərəcəsində çıxış edən təmsilçimiz Məmmədov Səid Rüfət oğlu uğurlu nəticə göstərərək qızıl medal qazanıb.
Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı isə gümüş medal qazanıb. 70 kiloqramadək çəki dərəcəsində çıxış edən təmsilçimiz fəxri kürsünün ikinci pilləsinə yüksəlib.



Son xəbərlər
Son Xəbərlər