Azərbaycanlı şahmatçı İngiltərə çempionu oldu

azerbaycanli-sahmatci-ingiltere-cempionu-oldu
Oxunma sayı: 4199

Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub.

“Qafqazinfo”nun məlumatına görə, 43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin sonuncu - VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib.

Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.

Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.

Qeyd edək ki, Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndir.