“Azerconnect Group”un baş direktoru Emil Məsimov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Həsənovla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Emil Məsimov qalibi müsabiqədə əldə etdiyi önəmli nailiyyət münasibətilə təbrik edib, “Yüksəliş” müsabiqəsinin ölkəmizdə kadr potensialının gücləndirilməsi, istedadların üzə çıxarılmasında rolunu vurğulayıb.
Görüş zamanı baş direktor mentinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə biznes və idarəetmə sahələrində təcrübəsini bölüşüb. Eyni zamanda, qaliblə karyera planlaması, gələcək inkişaf prioritetləri, eləcə də idarəetmə və liderlik bacarıqlarının daha da təkmilləşdirilməsi mövzularında müzakirələr aparılıb.
“Yüksəliş” müsabiqəsi haqqında
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Son xəbərlər
Son Xəbərlər