COP29 çərçivəsində “Səudiyyə Elektrik Şirkətinin başçısı Xalid Əl Hamidi ilə “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev arasında analaşma memarandumu imzalanıb.
Bu barədə “Qafqazinfo”ya “AzərEnerji” ASC-dən məlumat verilib.
Bildirilib ki, memorandum Azərbaycan energetika naziri ilə Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin iştirakı ilə “mavi zonada” keçirilən görüşdən sonra imzalanıb.
Memarandum əsasən bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası, elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsini əhatə edir.