“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “TotalEnergies” şirkətinin idarəedici direktoru Emmanuel De Gui llebonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Azərbaycanda yeni inşa olunacaq Qaz Emalı Zavodunun elektrik şəbəkəsinə qoşulması, bununla bağlı texniki məsələlər və enerji təminatının təşkili məsələləri xüsusi diqqət mərkəzində olub.
Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və enerji layihələrinin səmərəli şəkildə həyata keçirilməsi istiqamətində müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Son xəbərlər
Son Xəbərlər