“AzərEnerji” Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirib

azerenerji-zefer-gunu-ile-bagli-agacekme-aksiyasi-kecirib
Oxunma sayı: 20

8 Noyabr – Zəfər Günü münasibətilə “AzərEnerji” ASC tərəfindən ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tikintisi yekunlaşan “Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində təşkil olunan aksiyada yüzlərlə ağac və gül kolu əkilərək ərazinin yaşıllaşdırılmasına töhfə verilib.

Aksiyanın əsas məqsədi tarixi Zəfəri təbiətə qayğı və yaşıllıqların artırılması ilə qeyd etmək, ölkədə ekoloji tarazlığın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına dəstək olmaqdır. Eyni zamanda, bu cür təşəbbüslər cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə sevgi və qayğı hissinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Böyük Zəfərin yaratdığı qürur və birlik ruhu bu dəfə yaşıllıqlara, yeni əkilən ağaclara həyat verərək təbiətdə öz əksini tapıb.