Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,38 dollar və ya 4,34% artaraq 81,29 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün Azərbaycan nefti 77,91 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Son xəbərlər
Son Xəbərlər