Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,71 ABŞ dolları və ya 2,5% artaraq 68,34 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün neftimiz 66,63 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Son xəbərlər
Son Xəbərlər