“Azeri Light”ın qiyməti 104 dollara düşdü

azeri-lightin-qiymeti-104-dollara-dusdu
Oxunma sayı: 334

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti yenidən ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 11,06 ABŞ dolları və ya 9,57% azalaraq 104,49 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 115,55 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.