“Azeri Light”ın qiyməti 140 dollara düşdü

azeri-lightin-qiymeti-140-dollara-dusdu
Oxunma sayı: 1556

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti  ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1 ABŞ dolları və ya 0,71% azalaraq 140,68 ABŞ dollarına düşüb.

Qeyd edək ki, ötən gün neftimiz 141,68 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.