“Azərsilah”ın poliqonunda yanğın oldu

azersilahin-poliqonunda-yangin-oldu
Oxunma sayı: 1522

Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.