Bakının mərkəzindəki ən böyük yeraltı piyada keçidlərindən birinin eskalatorlarında problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, “Azneft” dairəsi adlanan ərazidəki keçidin eskalatorları bir müddətdir işləmir.
Keçidin kifayət qədər dərin olması, eləcə də buradan hər gün minlərlə piyadanın keçməsi şikayətlərə səbəb olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, hazırda keçiddəki eskolatorlarda nasazlıq var:
“Eskalatorların təmiri üçün lazım olan ehtiyat hissələr sifariş edilib. Sifariş çatdırılan kimi təmir işləri başa çatdırılacaq və eskalatorların normal fəaliyyəti bərpa ediləcək”.
Son xəbərlər
Son Xəbərlər