AzTU ilə Çin universiteti arasında “Əməkdaşlığa dair Niyyət Protokolu” - Fotolar

aztu-ile-cin-universiteti-arasinda-emekdasliga-dair-niyyet-protokolu
Oxunma sayı: 388

Çin Xalq Respublikasının aparıcı universitetlərindən olan Tonqci Universitetinin vitse-prezidenti professor Li Xiangningin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətini salamlayan AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov universitet barədə təqdimatla çıxış edib. Fariz Məmmədov qonaqlara AzTU-da görülən işlər, həyata keçirilən mühəndislik layihələri barədə geniş məlumat verib.

Tonqci Universitetinin vitse-prezidenti professor Li Xiangning təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyətindən bəhs edərək, iki universitet arasında tədris və tədqiqat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı tədris və tədqiqat istiqamətində birgə layihələrin müvafiq istiqamətləri müəyyənləşdirilib.

Görüşün sonunda AzTU ilə Tonqci Universiteti arasında “Əməkdaşlığa dair Niyyət Protokolu” imzalanıb.