Bağça müdiri azyaşlının həyatını təhlükəyə atdı - Polis araşdırır-Video

bagca-mudiri-azyaslinin-heyatini-tehlukeye-atdi
Oxunma sayı: 2102

Sumqayıtda fəaliyyət göstərən özəl bağça və inkişaf mərkəzinin rəhbəri İlahə Xuduqızı yol hərəkəti qaydalarını pozub.

“Qafqazinfo” xəbər verir ki, qayda pozuntusu ilə bağlı görüntüləri o özü paylaşıb.

Məlum olur ki, İ.Xuduqızı azyaşlını avtomobilin ön oturacağında əyləşdirərək hərəkət edir. Azyaşlı qızın təhlükəsizlik kəməri taxmaması, İ.Xuduqızının sükandan əlini çəkərək rəqs etməsi də diqqəti çəkib.

Onun azyaşlının həyatını təhlükəyə ataraq video çəkməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, qanunvericiliyə görə, azyaşlıların ön sərnişin oturacağında aparılması qadağandır və inzibati məsuliyyət yaradır.

Baş DYP İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparılır:

“Bir daha diqqətə çatdırırıq ki, azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yolverilməzdir. Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət yaratmır, eyni zamanda azyaşlıların həyat və sağlamlığı üçün birbaşa təhlükədir. Sürücülərin diqqətinə bir daha çatdırılır ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl olunsun”.