Bağçada azyaşlıya şiddət göstərildi - Video

bagcada-azyasliya-siddet-gosterildi
Oxunma sayı: 2575

Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, görüntülərin Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alındığı iddia olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, görüntülərlə bağlı Tovuz RPŞ-də araşdırma aparılır.