Bağı sulayarkən canından oldu

bagi-sulayarken-canindan-oldu
Oxunma sayı: 6229

Hacıqabulda kişi bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə II Udulu kəndində qeydə alınıb.

Belə ki, 25 yaşlı kənd sakini Tarix Musayevi bağ sahəsini sulayarkən elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.