Bakalla tanışının başına vurdu, saxlanıldı - Video

bakalla-tanisinin-basina-vurdu-saxlanildi
Oxunma sayı: 2543

Balakəndə yerləşən kafelərin birində xuliqanlıq hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Polisə müraciət edən zərərçəkmiş aralarında yaranmış mübahisə zamanı tanışı Vasif adlı şəxsin bakalı onun başına vuraraq xəsarət yetirdiyini bildirib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.