İnnovasiya lideri “Bakcell”in hədiyyələrlə bol lotereyası uğurla yekunlaşıb. Geniş marağa səbəb olan lotereyanın ən böyük mükafatı – “Porsche Cayenne” avtomobilinin qalibi Urfan Buksayev olub.
“Bakcell” olaraq abunəçilərimizin gündəlik həyatını daha da zənginləşdirən, onlara əlavə dəyər yaradan təşəbbüslərə xüsusi önəm veririk. Bu lotereya çərçivəsində yüzlərlə qalibə sevinc dolu anlar yaşatdıq. Böyük məmnuniyyət hissi ilə meqa lotereyamızın əsas hədiyyəsi – “Porsche Cayenne” avtomobilinin qalibini elan edirik və bütün qalibləri səmimi-qəlbdən təbrik edirik!", -deyə “Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova bildirib.
Qeyd edək ki, lotereya çərçivəsində sonuncu “Zeekr 001” avtomobilinin də qalibi müəyyənləşib. Samir Əskərov bu unudulmaz anın sevincini yaşayaraq lüks avtomobilinin açarlarını təhvil alıb.
Xüsusilə vurğulamaq istərdik ki, “Bakcell” lotereyası Azərbaycanda süni intellekt əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı lotereya olub. Abunəçilər “Şans” paketi və “Bakcell” xidmətlərindən aktiv istifadə vasitəsilə möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə ediblər. Lotereya müddətində süni intellektin seçimi ilə ümumilikdə 92 “iPhone 17”, 13 “Zeekr 001” avtomobili və 1 “Porsche Cayenne” sahiblərinə təqdim edilib.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.





Son xəbərlər
Son Xəbərlər