Bakı bulvarında intihar edən şəxs müəllim imiş - Foto + Yenilənib

baki-bulvarinda-intihar-eden-sexs-muellim-imis
Oxunma sayı: 10886

Martın 24-də Bakı şəhər Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında özünü dənizə ataraq intihar edən şəxsin müəllim olması üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, estakadadan özünü dənizə ataraq həyatına son qoyan Lənkəran rayon sakini 50 yaşlı Rəhimov Rasim Həsən oğlu coğrafiya müəllimi olub. O, xeyli vaxt Lənkəranda pedaqoji fəaliyyət göstərdikdən sonra paytaxta köçərək hazırlıq kursunda çalışırmış.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Mərhumun ailəsi hadisə ilə bağlı "Qafqazinfo" ilə əlaqə saxlayaraq Rasim Rəhimovun intihar səbəbindən deyil, infarkt keçirərək vəfat etdiyini bildirib. Onun həyat yoldaşı R.Rəhimovun Dənizkənarı Bulvar ərazisində olarkən qəfil infark keçirdiyini və bu zaman dənizə yıxılaraq dünyasını dəyişdiyini deyib: "Bununla bağlı tibbi sənədlər də mövcuddur".