Bakı-Qazax yolunda qəza, 5 yaralı - Fotolar

baki-qazax-yolunda-qeza-5-yarali
Oxunma sayı: 684

Bakı-Qazax yolunda qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub.

Qəza zamanı beş nəfər - Röyal Məmmədov (1988), Zeynal Namazov (1991), Samir Abdullayev (1998), Elxan Nəsibov (1999) və S. Bayramov (2024) xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirlib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev