Bakı-Qazax yolunda qəza - Ölən var+Fotolar

baki-qazax-yolunda-qeza
Oxunma sayı: 372

Bakı-Qazax magistralında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yolun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Goranboyun Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolun əksi istiqamətinə hərəkət edərkən dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Azad kənd sakini 2006-cı il təvəllüdlü Cavad Əliyev isə ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev