Bakı-Quba yolunda dəhşətli qəza - 6 nəfər öldü + Yenilənib

baki-quba-yolunda-dehsetli-qeza
Oxunma sayı: 18849

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes Vito" markalı mikroavtobusla TIR toqquşub. İlkin məlumata görə yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir. Ölənlərin hamısı mikroavtobusda olan şəxslər olub. TIR sürücüsü isə xəsarət alıb.

Həmçinin oxuyun: İntim videolar çəkən polkovnik FHN generalının qohumu imiş

Həmçinin oxuyun: Заур Мирозев был женат на родственнице своего начальника

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

***

TƏBİB-dən verilən məlumata görə, bu gün Bakı-Quba yolunda baş verən ağır yol qəzası nəticəsində bir nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

1992-ci il təvəllüdlü olan şəxsin müalicəsi Təcili tibbi yardım bölməsində davam edilir. Vəziyyəti orta ağırdır.

***

DİN-dən bildirilib ki, tibbi müdaxilələrə baxmayaraq, TIR-ın sürücüsü də xəstəxanada vəfat edib.

***

DİN-dən bildirilib ki, TIR-ın sürücüsü vəfat etməyib.