Bakı-Tbilisi qatarına 5500-ə yaxın bilet satışa çıxarıldı

baki-tbilisi-qatarina-5500-e-yaxin-bilet-satisa-cixarildi
Oxunma sayı: 474

“Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlər mövcuddur və 5500-ə yaxın bilet satışa çıxarılıb”​.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov brifinqdə jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda yüksək tələbatı nəzərə alaraq, sistemdə satış davam edir. Amma müraciətlərin sayı çox olduğundan müəyyən ləngimələr baş verir. Lakin hansısa çətinlik yoxdur”, - deyə o əlavə edib.

Lamiyə Məmmədova