Bakı və Astara sakinlərinin nəzərinə!

baki-ve-astara-sakinlerinin-nezerine
Oxunma sayı: 1479

Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, iyulun 20-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Həmçinin Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” hava xəttində təmir işləri həyata keçiriləcək.

Planlı fasilə saat 15:00-dan 16:00-dək Pensər, Kakalos, Şahağacı, Lovain, Siyaku, Hamoşam, Toradi, Təngərud, Çayoba kəndlərinin bir hissəsini əhatə edəcək. 

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.