Bakı yağış sularından belə təmizlənir - Video

baki-yagis-sularindan-bele-temizlenir
Oxunma sayı: 759

Bir neçə gündür davam edən intensiv yağışlardan sonra Bakının müxtəlif ərazilərində yağış suyunun kənarlaşdırılması ilə bağlı işlər görülür.

Bu barədə “Qafqazinfo”ya ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. 

Bildirilib ki, hazırda Digah kəndi, Bakıxanov küçəsinə yığılan yağış suları Bağlar Sukanal İdarəsinin quraşdırdığı nasoslar vasitəsilə ərazidən kənarlaşdırılır.

Qaradağ rayonunda Ələtdən Bakıya gələn yolun Lökbatan dairəsinin yaxınlığında olan hissəsi və Lökbatan körpüsünün altına yığılan su nasos vasitəsilə çəkilir.

O cümlədən, Sabunçu vağzalının qarşısına toplanan yağış suyu da ərazidən kənarlaşdırılır.

İş prosesini əks etdirən görüntüləri təqdim edirik: