Bakıda 18, Tərtərdə 32 yaşlı şəxs öldürüldü - Birinin qardaşı saxlanıldı - Yenilənib

bakida-18-terterde-32-yasli-sexs-olduruldu
Oxunma sayı: 6195

Sabunçu rayonunun Balaxanı qəsəbəsində 18 yaşlı İmanov Rəşid Rüstəm oğlu kəsici alətlə qətlə yetirilib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.

***

Tərtər rayonu ərazisində 32 yaşlı Əliyev Abil Mətləb oğlu kəsici alətlə qətlə yetirilib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

***

Tərtərdə baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi yeni məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 1991-ci il təvəllüdlü Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Araşdırma aparılır.

***

DİN-nin mətbuat xidmətindən verilən xəbərə görə, Bakının Balaxanı qəsəbəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Əsədov Rəhim İsmayıl oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***

Sabunçu Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub.