Bakıda 26 yaşlı kişi özünü 17-ci mərtəbədən atdı

bakida-26-yasli-kisi-ozunu-17-ci-mertebeden-atdi
Oxunma sayı: 5003

Paytaxtın Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə “Qafqazinfo”nun sorğusuna əsasən, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal Rayon Prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib.

Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.