Bakıda 88 yaşlı qayınata gəlinini güllələyib öldürdü - Yenilənib

bakida-88-yasli-qayinata-gelinini-gulleleyib-oldurdu
Oxunma sayı: 4790

Bu gün saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində qətl törədilib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızının ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinir.

Araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

***

Xəzər Rayon Prokurorluğu hadisə barədə məlumat yayıb. Bildirilib ki, oktyabrın 19-da Gülnarə Dadaşovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub: "Araşdırma zamanı Yaşar Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı qohumu Gülnarə Dadaşovanı ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir".