Bakıda ata qətlə yetirildi - 19 yaşlı oğlu saxlanıldı

bakida-ata-qetle-yetirildi
Oxunma sayı: 1403

Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında qeydə alınıb.

1981-ci il təvəllüdlü İftixar Vəlizadə kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə onun 2006-cı təvəllüdlü oğlu A.V şübhəli bilinir.

İlkin məlumata görə, hadisəyə səbəb ailədaxili münaqişə olub.

Polis cinayət əməlində şübhəli bilinən A.V-ni saxlayıb.

Araşdırma aparılır.

Aslan Vəliyev