Bakıda avtobuslarla rekord sayda sərnişin daşınıb

bakida-avtobuslarla-rekord-sayda-sernisin-dasinib
Oxunma sayı: 402

Paytaxtda ictimai nəqliyyatla sərnişindaşımada növbəti rekord qeydə alınıb.

“Qafqazinfo” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, 2026-cı ilin ilk rübü ərzində 120 milyona yaxın sərnişin daşınıb.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% və ya 7 651 048 nəfər çoxdur. 2025-ci ilin sonuna sərnişindaşımada artım tempi isə 6,2% olub. 

Hazırda Bakı şəhərində marşrut xətlərində gündəlik 2350-dən çox avtobus fəaliyyət göstərir. Avtobus parkının mərhələli yenilənməsi çərçivəsində ötən il ərzində paytaxta 293, cari ilin 3 ayında isə 169 yeni avtobus gətirilərək istismara verilib. 

Qeyd edək ki, daşımalarda istidadə olunan avtobusların 82%-i nağdsız ödəniş sisteminə inteqrasiya olunub.