Bakıda binada partlayış oldu - Ölən var-Fotolar+Video

bakida-binada-partlayis-oldu
Oxunma sayı: 14048

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşayış binasında dəhşətli partlayış olub.

"Qafqazinfo" xəbər verir ki, partlayış çoxmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Partlayış zamanı zərbənin gücündən 17-ci mərtəbədə yaşayan şəxs pəncərədən yerə düşərək ölüb.

Hadisə ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılıb.

Nizam Rza

***

TƏBİB-dən bildirilib ki, hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası cəlb olunub.

Hazırda 2 nəfər təxliyyə olunur.

***

TƏBİB-dən bildirilib ki, partlayış nəticəsində daha bir nəfərə də sağ ayağın, başın sıyrılmış yarası səbəbi ilə yerində yardım olunub.